21 Sentyabr 2019, Şənbə - 11:01

Bridgestone təkər tərkibinin ardıcıllığını saxlayacaq

Bridgestone təkər tərkibinin ardıcıllığını saxlayacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:37 - 07 Fevral, 2010

Bridgestone şirkəti artıq bir neçə ildir ki, Formula1-də quru asfalt üçün dörd təkər tərkibindən istifadə edir – Hard, Medium, Soft […]

Bridgestone şirkəti artıq bir neçə ildir ki, Formula1-də quru asfalt üçün dörd təkər tərkibindən istifadə edir – Hard, Medium, Soft və SuperSoft. İki il əvvəl komandalar yarışın gedişində iki qonşu tərkibdən istifadə etməli olurdular, amma keçən il yarışların maraqlı olması üçün daha bir faktor əlavə olunmuşdu – trasların çoxunda komandalara qonşu olmayan təkər tərkibləri təqdim olunurdu.

Tərkiblər arasındakı böyük fərq heç də həmişə konkret trasa uyğun gəlmirdi, adətən yumşaq tərkib daha tez yeyilirdi, amma da tez qsımaqla sıralanma turunda böyük üstünlük verirdi, bərk tərkib isə gec qızsa da, yarışda uzun məsafədə daha dözümlü olurdu. 2010-cu ildə komanda tərkiblərin bu ardıcıllıqla komandalara verilməsi sxemini saxlayacaq…

Tesuro Kobayaşi, Bridgestone-un texniki meenceri: “Keçən ildə olduğu kimi biz quru yarışlarda komandalara iki qonşu olmayan təkər tərkibini təqdim edəcəyik, yəni ya Hard və Soft cütlüyünü, ya da Medium və SuperSoft cütlüyünü. Bəzi traslarda, məsələn, Monako kimi, bu cür seçim mümkün deyil və komandalar iki ən yumşaq tərkib alacaqlar ki, küçə trasında daha yaxşı ilişmə xüsusiyyətləri olsun.

Bu ildən startda maşınlar daha ağır olacaqlar, belə halda yarışın ilk yarısında təkərlərə yüklənmə çox artacaq, amma biz arxa təkərlərin konstruktivini dəyişmişik və nəticədə onların resursu artıb.

Testlərdə və ilk Qran Prilərdə biz məlumatların təhlilini davam etdirəcəyik, axı aerodinamikanın effektliyi mövsümün gedişində yaxşılaşacaq, asfalta yatma qüvvəsi artacaq. Keçən illə müqayisədə artıq ilk testlərdə gördük ki, asfalta yatma qüvvəsi xeyli artıb.

Daha yumşaq tərkiblər təkərin sağ tərəfindən yaşıl rboya ilə işarə olunacaq. Biz bir neçə variantı nəzərdən keçirdik, bu cür markalanma ən optimaldır. Yaşıl rəng isə bizim FİA-nın Make Cars Green proqramını dəstəkləməyimizi göstərir.”

Keçən il Bridgestone Bəhreyndə komandalara SuperSoft və Medium tərkibləri təqdim etmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər
Paylaş

logo