S.Abitebul: “Red Bull bizimlə eyni mühərrikdən istifadə edəcək”

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, onlar Red Bull komandasına eynilə özlərinin istifadə etdikləri mühərriklərdən verəcəklər...

F-1.az xatırladır ki, Red Bull komandası bu il TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək. Amma avstriyalıların Renault komandası ilə eyni gücdə olan mühərriklərdən istifadə edib-etməyəcəyi sual olaraq qalırdı.

Dünən Paris şəhərində keçirilən mətbuat konfransında Siril Abitebul bu məsələyə aydınlıq gətirib: “Onlar bizimlə eyni gücdə olan mühərriklərdən istifadə edəcəklər. Biz onları eyni gücdə olan mühərriklərlə təmin etməyə məcburuq. Amma məlum səbəblərə görə onlara eyni brendi verə bilməyəcəyik.

Biz yenə də öz nümayəndələrimizi Red Bull komandasına göndərəcəyik. Keçən il Red Bull-un boksuna kimləri göndərmişdiksə, bu il də onları göndərəcəyik. Bir fərq orada olacaq ki, onlar keçən ilkindən fərqli paltarlar geyinəcəklər.

Dediyim kimi müqaviləyə görə Red Bull bizimlə eyni mühərrikdən istifadə etməlidir. Əgər mühərrikdə yeniliklər etsək, biz onlara yenilikləri də təqdim etməliyik.

Renault zavod komandası olsa da, Red Bull komandasına eyni mühərrikləri verəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*