R.Braun komandanın problemlərini izah edib

Ross Braunun fikrincə, Red Bull Racing komandasının artmaqda olan təzyiqinə davam gətirmək üçün onun komandası ciddi inkişaf etməldiir. Silverstounda Sebastyan […]

Ross Braunun fikrincə, Red Bull Racing komandasının artmaqda olan təzyiqinə davam gətirmək üçün onun komandası ciddi inkişaf etməldiir. Silverstounda Sebastyan Fettel və Mark Uebber qələbə dubluna imza atmışdılar, Brawn GP sürücüləri isə təkərlərin effektiv işindən maksimum yararlanmayaraq zəif nəticələr göstərmişdilər…

Ross Braun: “Mövsümün əvvəlindən Red Bull bizi izləyirdi və Silverstounda onlar irəliyə böyük addım atdılar, ona görə də biz sürətimizi artırmalıyıq. Cümə günündən başlayaraq biz təkərlərin qızıdırlması ilə əlaqədar problemlər yaşayırdıq və biz hazırladığımız bütün texniki yeniliklərdən istifadəe tmədik. Biz bilmirdik ki, bu yeniliklər nə dərəcədə effektiv olacaq, ona görə də qarışıqlığa imkan verməmək üçün maşının Türkiyədə olan versiyasına qayıtdıq. Amma Nürburqrinqdə biz bu yeniliklərdən istifadə edəcəyik.

Biz həmişə deyirdik ki, mövsümün ortasına yaxın çempionatda rəqabət güclənəcək, komandaların mübarizəsi daha sıxlaşacaq. Amma əminəm ki, Silverstounda Red Bull-un inkişafı bizim təkərlərin qızıdırlması problemləri fonunda güclü görünüdü.

Bizim maşın həmişə effektiv aerodinamikası ilə fərqlənib, amma Silverstounda gözlədiyimizin əksinə olaraq, soyuq təkərlər üzündən maşınımız orta statistik döngələrdə belə rəqiblərə uduzurdu. BGP 001-in real sürətini qiymətləndirmək üçün normal temperatur şəraitində onun işinə baxmaq lazımdır.

Williams və Ferrari komandalarının acığına gəlməsin, amma Silverstounda biz məhz onlarla rəqabət aparırdıq, amma adətən bunu etmirik. İnanmıram ki, onların sürəti artıb, sadəcə bizim çətinliklərimiz yaranmışdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*