D.Kulthard: N.de Friz uzun illər yarışa bilər

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Nik de Friz bu il komandanın lideri olsa, Formula1-də uzun illər qalacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il AlphaTauri komandası ilə Formula1-də debüt edəcək. O, Yuki Tsunoda ilə komanda yoldaşı olacaq və Nikdən gözləntilər çox yüksəkdir.

Devid Kulthard: “Ümid edirəm ki, başlayan kimi yaxşı performans göstərər və alphaTauri üçün yaxşı nəticələr qazanar. Məncə, o yaxşı sürücüdür. Bundan başqa Formula1 üçün yaxşı dəyərdir. Məncə, bu fürsəti karyerasının ən doğru zamanında əldə edir. Montsadakı performansından sonra Formula1-də yarışmağa layiqdir. Əgər komandasının lideri olsa, Formula1-də uzun illər yarışacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*