N.de Vriz: Qələbə qazanmış kimiyəm

Williams komandasının sürücüsü Nik de Vriz bildirib ki, doqquzuncuğu qələbə kimi qəbul edir.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu həftəsonu debüt yarışına çıxsa da, sıralanma turunda 8-ci olmuşdu. Yarışda isə tanımadığı bolidlə 9-cu olaraq, karyerasının ilk yarışından xallar qazanıb.

Nik de Vriz: “Pitə qayıdanda qollarımı belə qaldıra bilmirdim. Lakin nəticə yaxşıdır. Mənim üçün əla həftəsonu idi, çünki yarışacağım son sərbəst yürüşdən saat yarım əvvəl məlum olmuşdu. Hər şey birdən oldu. Fürsətdən istifadə etdim və ilk yarışımda yaxşı nəticə qazandığım üçün qürurluyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*