F.Massa: “Köhnə təkərlər daha yaxşı işləyir”

Williams komandasının sürücüsü Felipe Massa bilirib ki, Bakıdakı sıralanma turu performansından razı qalmayıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü Azərbaycan Qran Prisinə qədər bütün sıralanma turu sessiyalarında komanda yoldaşı Strollu qabaqlamışdı. Lakin 36 yaşlı sürücü Bakıdakı sıralanma turunda 8-ci yeri tutan 18 yaşlı debütantdan gözlənilməz zərbə alıb və 9-cu yeri tutub.

Felipe Massa: “Sözün açığı, məyusam. Mənim üçün mükəmməl sıralanma turu olmadı. Təkərləri işlətmək çox çətin idi və bacara bilmədik. Əylənmə zamanı təkərlər bloka düşdüyü üçün döngələrə girmək çox çətin idi. İşin qəribə tərəfi isə işlənmiş təkərlər yeni təkərlərdən daha yaxşı işləyirdi. Yeni təkərlərdən istədiyim performansı çıxara bilmədim. Qırmızı bayraq bizə kömək etmədi. Təkər temperaturu doğru səviyyədə deyildi. Bizim üçün yaxşı sıralanma turu olmadı.Lənsi isə güclü performansına görə təbrik edirəm. Ona görə çox sevinirəm. Əla işlədi. Təkərləri məndən yaxşı istifadə edirdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*