D.Reddinq Williams-a transfer olunub

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, komandanın idman direktoru Stiv Nilsen 2018-ci ilə qədər vəzifəsində qalacaq, amma daha sonra vəzifəsini McLaren-dən ayrılmış Deyv Reddinqə verəcək.

F-1.az dünən xəbər vermişdi ki, Deyv Reddinq McLaren-dən ayrılıb və onu Pol Ceyms əvəz edəcək. Bu gün isə Reddinqin Williams-a transferi rəsmən təsdiqlənib.

Kler Uilyams verdiyi açıqlamada bildirib ki, Reddinq bu ildən etibarən komandaya qoşulacaq: “İdman direktorumuz Stiv Nilsen ilin əvvəlindən bizə ayrılmaq istədiyini demişdi. Onun bu xahişini başa düşürük və 30 ilə yaxındır Formula1-də olduğu üçün qərarına hörmət edirik. Stiv 2014-cü ildə komandamıza gəldikdən sonra komandanın həm yenidənqurma işlərində, həm də pit-stopların sürətlənməsində böyük rol oynadı. Deyv Reddinq bu il komanda idarəçisi kimi komandaya qoşulacaq. 2018-ci ildə Stivin işlərini ələ almamışdan əvvəl problem yaşamasın deyə, bu il bir yerdə işləyəcəklər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*