Williams komandası V.Bottasa ilk qələbəsini qazandırmaq istəyir

Finlandiyalı sürücü Williams ilə Formula1-də debüt etdiyi 2013-cü ildən bəri 73 yarışda 9 dəfə podiuma yüksəlsə də, qələbə qazana bilməyib.

F-1.az xəbər verir ki, komandanın rəhbərliyi Bottasın qələbə qazanacağı vaxtın çox yaxın olduğunu və bunun Williams-ın tərkibində olarkən reallaşacağını düşünür.

Kler Uilyams: “Valtteriyə həmişə dediyimiz kimi, ona qələbələr qazandıracaq maşın vermək üçün səbirsizlənirik. Karyerasına bizimlə başlayıb və bizə yaxşı maşın hazırlamamız üçün xeyli vaxt verib. Heç yerə getməyib, yaxşı və pis günlərimizdə bizimlə olub. Buna görə də ilk qələbəsini bizimlə qazanmasını istəyirəm. İndi əsas hədəfimiz budur.

Bu il güclü təsir bağışlayır və bundan əvvəlki 3 ildə də belə idi. O, sükan arxasına keçəndə bilirsiniz ki, əlindən gələnin ən yaxşısını edəcək. Çox sakit və mülayim biridir. Bu il də komandaya xeyli xallar qazandırıb. Ona çox güvənirik”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*