D.Kulthard: Lyuis potensialını göstərdi

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Lyuis Həmilton mövsümün ikinci yarısında potensialını göstərib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2022-ci ilə pis başlasa da, mövsümün ikinci hissəsində yaxşı performasn göstərmişdi. Düzdür, o mövsümü qələbəsiz bağlamış və komanda yoldaşı Rasseldən geridə qalmışdı.

Devid Kulthard: “Heç şübhə yoxdur ki, Corc 2022-ci ildə yaxşı təsir bağışladı. Lakin Lyuis mövsüm ərzində motivasiyasını qazanaraq, potensialını göstərdi”.

,