V.Veber: “Şübhə etmirəm ki, Mixael qələbə qazanacaq”

Mixael Şumaherin keçmiş meneceri Villi Veber hesab edir ki, alman sürücünün karyerasındakı yeni fəsil çoxlarının düşündüyündən uzun çəkə bilər. Berlində […]

Mixael Şumaherin keçmiş meneceri Villi Veber hesab edir ki, alman sürücünün karyerasındakı yeni fəsil çoxlarının düşündüyündən uzun çəkə bilər. Berlində nəşr olunan Der Tagesspiegel qəzetinə müsahibəsində o bildirib ki, Mixael Formula1-də 50 yaşına kimi şıxış edə bilər və səkkizinci titulu qazana bilər…

Villi Veber: “Məsələ heç də titulda deyil, axı Mixael üçüncü titulu qazandıqdan sonra da çempionatı tərk edə bilərdi. Məsələ yarışlardan ləzzət almaqdadır, axı idman onun həyatıdır. Mixael o vaxta kimi yarışacaq ki, başa düşəcək ki, artıq o bunu edə bilmir. Sözsüz ki, o hələ çox yarışlarda qələbə qazanacaq, amma birinci mövsümdə çempion ola biləcəkmi? Məncə, bu gələn mövsümdə baş verəcək.

Birinci növbədə, Mixael komanda yoldaşını qabaqlamalıdır. Çox güman ki, ilk yarışlarda ona çətin olacaq, amma 17 yaş Nikonun cavan olmasına baxmayaraq, Mixaelin onu qabaqlamasına əngəl ola biləcək səbəb görmürəm. Mixael bunu edə bilər və etməlidir.

Düzü, etiraf etməliyəm ki, bu il çempionat çox güclü heyətə malikdir və Mixaeli gərgin mübarizə gözləyir. Qələbə asan olmayacaq, axı rəqabət yüksək səviyyədədir. Amma mənim üçün Mixael həmişə ən yaxşı sürücü olub və olaraq da qalır. Əgər maşın imkan verərsə, o qələbə qazanacaq, mən buna qəti əminəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*