Bəzi komandalar güc qurğusunda dəyişikliklər ediblər

Keçən həftə Alfa Romeo komandası Valtteri Bottasın maşınında idarəetmə blokunu dəyişmişdi.

F-1.az bildirir ki, dünən Alpine komandası Fernando Alonsonun maşınında daxiliyanma mühərrikini, turbini, MGU-K və MGU-H generatorlarını dəyişib.

Eyni elementləri AlphaTauri komandası Pyer Qaslinin maşınında da dəyişib.

Red Bull komandası Serxio Peresin güc qurğusunda turbini dəyişib.

Bu əvəzləmələrə görə heç bir sürücü cərimə olunmayacaq…

,