M.Ferstappen: Ciddədə çox üstün olmayacağıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Səudiyyə Ərəbistanı yarışında çox üstün olmayacaqlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü hər iki sətbəst yürüşlərdə rəqiblərindən sürətli olub.

Maks Ferstappen: “Əla gün idi, ancaq görüləcək işlərimiz var. Bir-birimizə yaxın olsaq da, təkərlərə nəzarət etmək vacibdir. Burada limitlərdə gedə bilmirik və təkər yeyilməsi az olduğu üçün zaman nəticələri çox yaxındır. Buna görə də Bəhreyn kimi deyil”.

, , ,