K.Sayns: “Ferstappenlə dostuq”

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Maks Ferstappenlə arası həmişə yaxşı olub.

F-1.az xatırladır ki, iki sürücü 2015-ci ildə komanda yoldaşı olmuş və aralarında bəzən gərgin anlar yaşanmışdı. Maks Ferstappen 2016-cı ildə Red Bull komandasına keçmiş, Sayns isə 2017-ci ildə Renault-ya, daha sonra isə McLaren-ə transfer olunmuşdu.

Karlos Sayns: “McLaren-ə gələndə Lando kimi çox yaxşı anlaşdığım bir sürücü ilə qarşılaşdım və bu, çox gözəl oldu. Trasda çox rəqabətədavamlıyıq və tez-tez zarafatlaşırıq. Zirvə uğrunda mübarizə aparmadığımız üçün aramızda sağlam rəqabət var. Komanda da bundan razıdır.

Maks ilə mübarizəyə gəldikdə isə… Düzünü desəm, paddokdan kənarda ən yaxşı dostlarımdan biridir. Bir yerdə yarışanda ikimiz də rəqabətədavamlı idik və debüt mövsümü vacib idi. Formula1 komandasında həmişə həyəcanlı anlar olur, ancaq iki sürətli sürücü okan yerdə bu hal labüddür. Biz birlikdə çox əylənirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*