B.Ekklstoun: Binottodan rəhbər olmaz

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Mattia Binottodan komanda rəhbəri olmaz.

F-1.az xatırladır ki, Ferrari 2019-cu ildə Mauritsio Arrivabeneni komanda rəhbəri vəzifəsindən azad etmiş və əvəzinə komandanın texniki direktoru olan Mattia Binottonu gətirmişdi. Lakin komanda Binottonun dövründə ürəkaçan nəticələr ala bilməyib.

Berni Ekklstoun: “Ondan lider olmaz. O, mühəndisdir. Orada bir söz deyəndə digər işçilərin başa düşməsi üçün tərcüməçi lazımdır. Mən olsam, komanda rəhbərliyinə Flavio Briatoreni gətirərdim. Benetton və Renault-da qazandığı uğuru orada da təkrarlayardı. Başqa komandalardan transferlər edərdi. Flavio elə şərait yaradardı ki, işçilər elə bilərdi ki, Ferrari özlərinindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*