M.Uitmarş: “Formula1-in yeni fikirlərə ehtiyacı var”

McLaren komandasının sabiq rəhbəri Martin Uitmarş bildirib ki, Liberty Media-nın Formula1-i almasından sonra yeni fikirlər ortaya çıxacaq və əlavə edib ki, idmanın buna ehtiyacı var.

F-1.az xatırladır ki, Liberty Media 8 milyard dollar qarşılığında Formula1-i satın aldıqdan sonra Berni Ekklstoun rəhbər vəzifəsindən uzaqlaşdırılıb və onu Çeyz Keri, Şon Bratçes və Ross Braun əvəz edəcək.

Ross Braun bildirmişdi ki, kiçik komandalara görə bəzi işlər görmək və rəqabəti artırmaq, eyni zamanda cəzalandırma sistemində dəyişiklik etmək istəyir.

Martin Uitmarş: “Liberty Media-nın gəlməsi ilə bəzi şeylərin dəyişiləcəyinə şübhə etmirəm. İdman uzun illərdir ki, yerində sayır və artıq bəzi şeylərin dəyişmək vaxtı gəlibdir. 25 il bu idmanın içində oldum və burada keçirdiyim hər saniyədən həzz aldım. İndi hadisələri kənardan izləyirəm və bu çox çətin olsa da, həzz almağa çalışıram. İdmanı izləyənlər üçün bəzi şeyləri gözəlləşdirmək lazımdır və bu Liberty Media-nın işidir. Əminəm ki, gözəl işlər görəcəklər.

Bir çox mövzuda Berni ilə mübahisə etsəm də, onun Formula1 üçün etdiklərini kiçiltmək olmaz. Neçə illik əməyinə görə ona təşəkkür etməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*