V.Rossi Barselona testlərini başa vurub

Bu gün Valentino Rossi Barselonada Ferrari F2008-in sükanı arxasında ikigünlük testləri başa vurub. Sessiyanın startı trasa çıkən sıx duman üzündən […]

Bu gün Valentino Rossi Barselonada Ferrari F2008-in sükanı arxasında ikigünlük testləri başa vurub. Sessiyanın startı trasa çıkən sıx duman üzündən təxirə salınıb, amma sonra günəş çıxıb və tras quruyub, Skuderiyanın mexanikləri isə maşına slikləri taxıblar.

Ferrari komandasının mətbuat xidmətinin verdiyi xəbərə görə, “sürət kəskin artıb, dövrədə göstərilən nəticə isə yaxşılaşıb. Bu gün Valentino Rossinin qeyri-adi məsləhətçisi olub – Felipe Massa, braziliyalı sürücü sabah bu trasda özü işləyəcək.”

Xatırladaq ki, Felipe GP2 slikləri taxılmış F2008-in sükanı arxasında bir gün işləyəcək. Felipenin məqsədi böyük məsafə qət etməklə yanaşı keçən ilin yayında aldığı ağır zədədən sonra fiziki formasını yoxlamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*