Avropa Qran Prisi çərçivəsində jurnalistlərlə görüş keçirilib

Dünən Bakı Şəhər Halqası “Abşeron” mehmanxanasında media nümayəndələri üçün ilk seminarını keçirib...

Seminar tədbirini giriş sözləri ilə açan şirkətin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai tədbirə qatılan jurnalistlərə 2016-cı ildə Azərbaycanda keçiriləcək Avropa Qran Prisi barədə ətraflı məlumat verib.

F-1.az bildirir ki, media işçiləri üçün maarifləndirmə xarakteri daşıyan seminar tədbiri zamanı iştirakçılara yarışa hazırlıq çərçivəsində görülən tədbirlər, təşkilati məsələlər və eləcə də media əməliyyatları ilə bağlı geniş təqdimat verilib. Belə ki, görüşün ilk hissəsində Formula1 avtoidmanı nədir, turnirin beynəlxalq təşkilatçıları, iştirakçı komandalar və 2016-cı ildə yarışa ilk dəfə ev sahibliyi edəcək Bakı Şəhər Halqasının xüsusiyyətlərindən söz açılıb. Tədbirin qeyri-formal şəkildə davam edən sual-cavab hissəsində ev sahibliyi çərçivəsində şəhərdə aparılacaq tikinti-quraşdırma işləri, yarış vaxtı xüsusi olaraq jurnalistlər üçün təmin olunacaq iş mühiti, media akreditasiyası barədə məsəslələrə aydınlıq gətirilib. Jurnalistləri düşündürən suallar cavablandırılıb.

bgp-06
bgp-07
bgp-08
bgp-09
bgp-10

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*