V.Petrov Caterham-in sürücüsüdür

Caterham F1 Team komandası elan edib ki, Vitaliy Petrovla müqavilə imzalanıb və bu gündən rusiyalı sürücü Yarno Trullini əvəz edəcək. […]

Caterham F1 Team komandası elan edib ki, Vitaliy Petrovla müqavilə imzalanıb və bu gündən rusiyalı sürücü Yarno Trullini əvəz edəcək. Petrov komandanın bazasına baş çəkib, ondan oturacaq nümunəsi götürülüb – o, mövsümöncəsi testlərin Barselonada ikinci seriyasında sükan arxasında oturacaq.

Toni Fernandes, komandanın başçısı: “Biz məmnuniyyətlə Vitalinin komandamızda qarşılayırıq və komandanın gələcək perspektivində oynayacağı roluna görə şadıq.

Biz birinci dəfə görüşəndə mənə aydın oldu ki, Vitaliy komandanın inkişafı yollarını başa düzgün düşür. Rusiyanın Formula1-də ilk nümayəndəsi olan Petrov böyük millətin ümidlərini uğurla doğruldur, top komandaalrdan birində qazandığı istedad və təcrübə isə trasda baş verənləri düzgün qiymətləndirməyə imkan verir.

Fürsətdən istifadə edib Yarnoya minnətdarlıq edirəm, Yarno komandanın formalaşmasında böyük rol oynayıb. Yarno əvvəldən bilirdi ki, adət etmədiyi şəraitdə yarışacaq – amma buna baxmayaraq, trasda həmişə əlindən gələni edib. Bizə bu qərarı qəbul etmək çox çətin idi, amma biz bunu etdik ki, komandaya yeni impuls verək. Yarno təbiətən istedadlıdır, öz adını çoxdan Formula1 tarixinə yazıb, amma indi bizim komandanın tarixində yeni səhifə açılır və Vitaliy bu səhifəyə daha uyğun gəlir.”

Vitaliy Petrov: “Mənim üçün əla gündür. Toniyə, Kamarudin Meranunə və SM Nasarudinə minnətdarlıq etmək istəyirəm – komandanın çempionatda debütü mənin debütümlə üst-üstə düşüb, son iki ildə komanda artıq ciddi komandaya çevrilib. Ümid edirəm ki, qarşıdakı mövsümdə komanda qarşısına qoyduğu məqsədinə çatacaq.

Bütün qışı ciddi məşq eləmişəm, indi kokpitdə yerimi tutmağa, işə başlamağa hazıram. Gördüklərimdən deyə bilərəm ki, yeni maşın keçən illə müqayisədə irəliyə doğru böyük addımdır, ona görə də səbirsizliklə sükan arxasına oturmağı gözləyirəm. Eyni zamanda azarkeşlərimə və tərəfdaşlarıma dəstək və təmkinlərinə görə təşəkkür edirəm.”

Yarno Trulli: “Fürsətdən istifadə edib Toniyə, Kamarudinə, SM Nasarudinə, Riada, Mayka və komandanın bütün əməkdaşlarına minnətdarlıq etmək istəyirəm – son iki ildə biz çox yaxınlaşmışdıq. Təmiz vərəqdən başlamışdıq, debütantdan ciddi komandaya kimi inkişaf etmişik, mən fəxr edirəm ki, bu komandanın bir hissəsi olmuşam. Komandanın qərarını başa düşürəm, hamıya təşəkkür edirəm və qarşıdakı mövsümdə müvəffəqiyyət arzulayıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*