Volkswagen Formula1-ə gəlişini istisna edir

Bir neçə il əvvəl Volkswagen konserninin nümayəndələri bildirmişdilər ki, 2014-cü ildə motor reqlamenti dəyişdikdən sonra Formula1-də çıxış etmək mümkün ola […]

Bir neçə il əvvəl Volkswagen konserninin nümayəndələri bildirmişdilər ki, 2014-cü ildə motor reqlamenti dəyişdikdən sonra Formula1-də çıxış etmək mümkün ola bilər.

Mayın 1-də Sauber komandasının keçmiş əməkdaşı Yost Kapito Volkswagen-in idman bölməsinin başçısı vəzifəsinə Kris Nisseni əvəz edib və bir çoxları güman etdilər ki, konsernin Formula1-ə qarşı ehtiyatlı mövqeyi dəyişəcək, amma bu gün Yost Autosport-un jurnalistlərinə bildirib ki, o, hazırda çempionatda iştirak imkanını istisna edir…

Yost Kapito: “Biz hətta belə bir imkanı heç nəzərdən keçirmirik, çünki bütün diqqətimizi hazırda WRC-yə yönəltmişik. Bizim çox ciddi proqramımız var, proqramın gedişinə birbaşa konsern rəhbərliyi nəzarət edir və biz bu çempionatda çıxışımızı davam etdirəcəyik.”

Müzakirə bağlıdır.