Haas VF-17-ni birinci Maqnussen sürəcək

Haas komandası verdiyi açıqlamada bildirib ki, 2017-ci il mövsümündə idarə edəcəkləri VF-17-ni ilk dəfə Kevin Maqnussen trasa çəxaracaq.

F-1.az xatırladır ki, amerikanlar bu il Formula1-də ikinci mövsümlərini keçirəcəklər. Haas yeni bolidini fevralın 26-da təqdim edəcək.

2017-ci il mövsümünün ilk testləri fevralın 27-də İspaniyada başlayacaq. Dördgünlük testlərin ilk 2 günündə Kevin Maqnussen sükan arxasına keçəcək. Qrojan isə VF-17-ni martın 1-də və 2-də test edəcək.

Xatırladaq ki, Haas keçən il Formula1-də ilk yarışı olan Avstraliyada Qrojanla 6-cı olmuşdu…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*