L.Stroll: Xal alacaq gücdə deyildik

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, xal alacaq gücdə deyillər.

F-1.az xatırladır ki, kanadalı sürücü ilk iki yarışda xal zonasından uzaq olub.

Ləns Stroll: “Onluq uğrunda mübarizə aparmaq istəsəm də, arxamdakı sürücülərin təkərləri daha təzə idi. Buna görə də onları arxamda saxlaya bilmədim. Son dövrələrdə Elbonla insidentə görə maşının zədələnməsi pis oldu. Elə bildim ki, ona yer qoymuşam. Buna baxmayaraq, xal alası tempimiz yox idi. Lyuislə mübarizə aparanda bilirdim ki, keçəcək. Ancaq onu maksimum arxamda saxlamaq istədim. Lakin təkərləri yeni olduğu üçün bacarmadım. Sonrakı yarışlara fokuslanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*