“Bono Kimi ilə ən sıx işləyən mühəndisdir, bütün hazırlıq prosesinə o cavabdehdir və bütün iclaslar da onun iştirakı ilə keçirilir, – deyə Volff RacingNews365-ə müsahibəsində bildirib. – Piter çox sakit və təmkinli mühəndisdir və onun bu yanaşması, şübhəsiz ki, Kimiyə də keçir. Onların heç biri özünü artıq emosiyalara qapdırmır. İşlər pis gedəndə panikaya düşmürlər, amma hər şey yaxşı olanda da həddindən artıq sevinc nümayiş etdirmirlər.
Bono belə xarakterə malikdir və bunu birmənalı şəkildə üstünlük saymaq olar. O, ən güclü sürücülərlə – Mixael Şumaxer və Lyuis Həmiltonla işləyib və çox şey öyrənib… Bununla belə, Kimi də keçən illə müqayisədə dəyişib, o, informasiyanı daha səmərəli mənimsəyir, təhlil edir və bunu işdə tətbiq edir”.




