Antonelli: Poul uğrunda mübarizə aparmaq şansımız var idi

Mövsümün lideri Kimi Antonelli kvalifikasiyada təkcə komanda yoldaşı və əsas rəqibi Corc Rassellə deyil, həm də kvalifikasiyanın qalibi McLaren-dən Lando Norrisə uduzub.

Kimi Antonelli: “Ümumilikdə kvalifikasiya mənim üçün asan olmadı, mən hər zaman geridə qalırdım, sonra isə son dövrədə 1-ci döngədə səhv buraxıb zaman itirdim. Bu barədə yalnız təəssüflənmək qalır, çünki pol uğrunda mübarizə aparmaq şansımız var idi.

Düşünürdüm ki, final sessiyasında belə bir şansımız var idi, lakin son cəhdimə başlayanda gördüm ki, artıq birinci sektordan sonra geridə qalmışam. Aydın idi ki, çətin vəziyyətə düşmüşəm, amma buna baxmayaraq dövrənin sonuna qədər xeyli zaman qazana bildim.

Təəssüf ki, nəticə ola biləcəyindən pisdir, lakin sabahkı yarışda hələ mübarizə aparacağıq”.