12 Noyabr 2019, Çərşənbə axşamı - 14:21

V.Liutsi müqaviləsiz qala bilər

V.Liutsi müqaviləsiz qala bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:23 - 26 Fevral, 2011

Finlandiyanın Turun Sanomat qəzetinin jurnalisti Heykki Kulta yeni mövsüm ərəfəsində Vitantonio Liutsinin düşdüyü çətin vəziyyətdən söz açıb. Faktiki olaraq, italiyalı […]

Finlandiyanın Turun Sanomat qəzetinin jurnalisti Heykki Kulta yeni mövsüm ərəfəsində Vitantonio Liutsinin düşdüyü çətin vəziyyətdən söz açıb.

Faktiki olaraq, italiyalı sürücünün hələ də Force İndia komandası ilə müqaviləsi var, amma komanda onun yerinə Pol di Restanı dəvət edib. İndi sürücü Hispania və ya digər bir komanda ilə müqaavilə bağlasa, Force İndia ona kompensə ödəməyəcək, çünki əvvəlki razılaşmanın şərtlərini pozacaq.

Əgər Vtantonio Hispania ilə danışıqları Force İndia ilə münasibətləri aydınlaşdırana qədər təxriə salsa, qərar qəbul etməyə gecikdiyi üçün qarşıdakı mövsümdə müqaviləsiz qala bilər. Hər iki komandanın hüquqşünasları hadisələrin sərəyan etməsini izləyirlər, heç kim geri çəkilmək istəmir, nəticədə isə sürücünün karyerası dağıla bilər.

Şayiələrə görə, Hispania komandası daha bir namizədi nəzərdən keçirir – keçən il Kristian Klin komandanın tərkibində üç yarış keçirmişdi, əgər Liutsinin məsələsi yaxın günlərdə həll olunmasa, Klin ikinci sürcü yerini tuta bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər
Paylaş

logo