S.Domenikali: “Biz təslim olmayacayıq”

Bəhreyn Qran Prisi ərəfəsində Ferrari-nin mətbuat xidməti komandanın başçısı Stefano Domenikalinin sitatlarından ibarət reliz yayıb… “Bu il çempionat yükəsk templə […]

Bəhreyn Qran Prisi ərəfəsində Ferrari-nin mətbuat xidməti komandanın başçısı Stefano Domenikalinin sitatlarından ibarət reliz yayıb…

“Bu il çempionat yükəsk templə keçir, Bəhreyn Qran Prisinin finişindən sonra artıq mövsümün ilk dörddə biri (17 yarışdan 4-ü) arxada qalaacq, amma çempionat cəmi bir adyır ki, başlayıb.

Maşınlar, avadanlıqlar və personal Şanxaydan Saxirə gəlib, bir müasir trasdan digərinə. Bu il Formula1 Bəhreynə altıncı dəfə gəlir və üç dəfə burda qələbəni Ferrari sürücüləri qazanıblar – Mixael Şumaher 2004-cü ildə və son iki ildə Felipe Massa. Bəhreynlə Formula1 Yaxın Şərqə gəlib və bu il çempionat bir də bu yerlərə qayıdacaq, mövsüm Abu Dabidə başa çatacaq. Komandanı MubadalaEtihad kimi şirkətlərin dəstəkləməsini nəzərə alaraq bu uik-end Ferrari üçün çox vacibdir.

Komanda yarışa Şində olduğu proqram üzrə hazırlaşır – bu həftə maşında yeni bir element olmayacaq, amma qarşıda bizi F60-ın cari konfiqurasiyasında sonuncu yarış gözləyir – Maranelloda yeni aerodinamikanın hazırlanması işləri gedir, yeni şassi, o cümlədən ikili diffuzor, ilk Avropa yarışına, İspaniya Qran Prisinə hazır olmalıdır.

Mövsümün startı komandamız üçün çətin oldu, biz bilirdik ki, Çində liderlər qrupunda olmayacayıq, çox güman ki, bu uik-end də problemlərimiz davam edəcək. Bundan sonra İspaniyada komanda irəliyə doğru böyük addım atmalıdır. Rəqiblərimiz də yerlərində durmurlar, onlarda öz maşınlarını təkmilləşdirirlər, amma əsas odur ki, bütün komanda, Maranellodakı bazanın bütün əməkdaşları əllərindən gələni edirlər ki, bu böhran vəziyyətindən tez bir zamanda çıxış yolunu tapaq.

Biz hələlik heç bir xal toplamamışıq, liderlərdən geriqalma böyükdür, amma bir daha bəyan etmək istəyirəm ki, komanda bu il titul uğrunda mübarizə aparmaq fikrindən dönməyib. Hələ hər şey qabaqdadır, çempionatda 252 xal oynalınacaq, biz maşınla işlərimizi davam etdiririk və növbəti yarışlarda onun effektliyini qiymətləndirə biləcəyik. Biz bundan da çətin vəziyyətdə təslim olmazdıq – bu Ferrari-nin fəlsəfəsinə uyğun deyil. Eyni əməkdaşlarla, eyni komanda ilə biz daha çətin vəziyyətlərdən çıxmışıq. Həmin insanlar son iki ildə dörd tituldan üçünü qazanıblar.

KERS-dən Şanxayda imtina qərarını qəbul etmək nə dərəcədə çətin olsa da, düzgün idi – bizə təhlükəsizlik daha vacibdir. Bu həftə Maranelloda mühəndislər KERS-in işini də təkmilləşdirirlər. F60 KERS-dən istifadə etmək üçün yaradılıb, xüsusən də Felipe Massanın maşınında çəki paylanması ilə problemlər olmur. Yaxın günlərdə biz KERS-i yenidən maşınlara qaytarmaq üçün hər şey edəcəyik.

Fevralda komanda Saxirdə testlər keçirmişdi. Qum fırtınası üzündən iki gün itirməyimizə baxmayaraq, maşının işi barədə faydalı məlumat toplamışdıq. Amma o vaxtdan komandalar ciddi inkişaf ediblər, ona görə də cümə günü sərbəst yürüşlərdə daha təzə məlumat toplayacayıq. Bundan əlavə bu uik-end havanın temperaturu da fevralda olduğundan yüksək olacaq.

Çin Qran Prisinin yekunu bir neçə maraqlı nəticə çıxarmağa imkan verdi, Red Bull Racing komandasının aşkar qələbəsi, bundan əvvəl iki yarışda qalib gəlmiş Brawn GP komandası üstünlüyünün bir hissəsini itirdi, Toyota da həmçinin. Çempiontda vəziyyət bir daha göstərir ki, hələ qüvvələr nisbəti barədə nəticə çıxartmaq tezdir. Bu isə daha bir səbəbdir ki, Ferrari titul uğrunda mübarizəyə ümidini itirmir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*