V.Liutsi Hispania ilə müqavilə bağlayacaq?

Force İndia komandası heyətini tam açıqlayandan sonra Vitantonio Liutsi əlində imzalanmış müqavilə olmasına baxmayaraq, komandadakı yerini itirib. Hazırda tərəflər müqavilənin […]

Force İndia komandası heyətini tam açıqlayandan sonra Vitantonio Liutsi əlində imzalanmış müqavilə olmasına baxmayaraq, komandadakı yerini itirib.

Hazırda tərəflər müqavilənin vaxtından əvvəl pozulmasını tənzimləməklə məşğuldurlar – çox güman ki, Force İndia keçmiş sürücüsünə kompensasiya ödəməli olacaq. Deyilənlərə görə, italiyalı sürücü və onun meneceri Piter Kollinz bu vəsaitlə qarşıdakı mövsümə yeganə vakant olan Hispania komandasındakı yeri almağa ümid edirlər.

Bu şayiələri Hispania komandasının başçısı Kolin Kolles daha da qızışdırıb, o təsdiq edib ki, Liutsi komanda ilə danışıqlar aparır, amma eyni zamanda da qeyd edib ki, Tonio vakant yerə yeganə namizəd deyil. Komanda bildirib ki, ikinci sürücünün adını gələn həftə açıqlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*