L.Həmiltonu onun müdafiə metodu ətrafındakı səs-küy təəccübləndirib

Lyuis Həmilton bildirib ki, Malayziya Qran Prisi zamanı baş vermiş insidentin bu qədər səs-küyə səbəb olması onu təəccübləndirib – britaniyalı […]

Lyuis Həmilton bildirib ki, Malayziya Qran Prisi zamanı baş vermiş insidentin bu qədər səs-küyə səbəb olması onu təəccübləndirib – britaniyalı sürücü yarışın ilk dövrələrində Vitaliy Petrovun əks-hücumlarından qorunarkən trayektoriyasını bir neçə dəfə dəyişməklə qaydaları pozmuşdu. Hərçənd, sürücü vəd edib ki, müdafiə metoduna düzəlişlər edəcək.

Malayziya yarışından sonra stüardlar Lyuisin hərəkətlərini səhv saysalarda, yalnız sürücüyə xəbərdarlıq elan etməklə kifayətlənmişdilər, dünən FİA-nın yarış direktoru Çarli Uaytinq isə bildirib ki, gələcəkdə eyni hərəkətlər daha ciddi cərimələnəcək…

Lyuis Həmilton: “Yarışlara mən əvvəlki kimi yanaşıram, bu dəyişməz qalır. Məncə, Malayziya Qran Prisinin gedişində mənə edilmiş xəbərdarlıq ədalətli idi: FİA və Çarli Uaytinq hər şeyi araşdırıblar və xəbərdarlıq elan ediblər ki, bu hal bir daha təkrarlanmasın.

Mən bu insidenti Çarli ilə müzakirə etmişdim və aydın dedi ki, trasda belə hərəkətləri bir də görmək istəmir. Bu mənə dərs oldu və gələcəkdə mən də belə hallara yol verməməyə çalışacam.

Təəssüf ki, mən başa düşmürəm ki, niyə digər sürücülər bu insidentə görə əl-ayağa düşüblər. Hərçənd, bu mənim üçün problem deyil. Amma elə təəssürat yaranır ki, ətrafda hamı elə bütün günü bundan danışır.

Söhbət qaydanın pozulmasından gedir, qaydalarda deyilir ki, rəqibin hücumundan qorunarkən yalnız bir dəfə trayektoriyanı dəyişmək olar, amma aydın deyil ki, nə müdafiə sayılır və nə hücum sayılır – həmin insidentdə mən arxadakı sürücüyə mane olurdum ki, mənim maşınımın arxasındakı hava kisəsinin üstünlüyündən yararlanmasın. Lakin Çarli mənə hər şeyi başa saldı, mən bir də belə etməyəcəm.”

Həmiltonun komanda yoldaşı Censon Batton ümid edir ki, bundan sonra bütün müzakirələrə son qoyulacaq: “İnanmıram ki, biz sürücülərin brifinqinin necə keçməsini sizə danışacayıq, bu sürücülərin arasında qalacaq. Bizə vəziyyəti başa saldılar, indi bizə hər şey aydın oldu və bu ən başlıcasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*