Villi Veber insult keçirib

Mixael Şumaxerin sabiq meneceri Villi Veber iyul ayında insult keçiribmiş.

F-1.az xatırladır ki, Veber 20 ilə yaxın Mixael Şumaxerin meneceri olmuş və tərəflər 2010-cu ildə yollarını ayırmışdılar.

Villi Veber: “Gecə oyandım və bir stəkan su içmək istədim, amma stəkanı əlimdə tuta bilmədim. Fikirləşdim ki, yəqin idman edən zaman əzələlərimi yormuşam. Səhər oyananda isə danışa bilmirdim. Həyat yoldaşım tez təcili yardıma zəng elədi. Orada mənə məyusedici diaqnoz qoydular: insult olmuşdum…

Udquna bilmirdim və sistemlə qidalanırdım. Amma bəxtim gətirdi. Həkimlər dedilər ki, hər şey əvvəlki kimi olacaq. İndi yenidən danışa və yemək yeyə bilirəm. Evimə qayıtmışam və bərpa olunuram. Hər şeyin yaxşı bitməsi üçün dua edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*