Vestidən karyerasında ilk poul

Avstriyada gənc sürücülərin Formula 2 çempionatında mövsümün 8-ci mərhələsi başlayıb. Cümə günü keçirilən sıralanma turunda poulun sahibi müəyyənləşib.

Qısa Red Bull Rinq trasında ənənəvi trafik problemi F2 sürücülərindən də yan ötüşməyib. Amma sürücülər sanki iki qrupa bölünüblər – bəzi sürücülər sürətli dövrədə olanda, digərləri sürətli dövrəyə hazırlaşıblar.

Yuri Vips ilk cəhdlərdən sonra protokollara başçılıq edib – ikinci yer uğrunda mübarizə isə Loqan Sarcent və mövsümün lideri Felipe Druqoviç arasında gedib.

İkinci cəhdlərdə isə ART GP komandasından Frederik Vesti ilk sıraya yüksəlib – yekunda Mercedes Akademiyasının dinləyicisi karyerasında ilk pouluna sevinib. 

Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasından Felipe Druqoviç bu dəfə 5-ci olub. Charouz komandasının türkiyəli sürücüsü Cem Bölükbaşı ən yüksək nəticəsini (13) göstərib.

Şənbə günü qısa yarışda ilk yerdən Markus Armstronq (Hitech GP) start alacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*