A.Vatanen və J.Todt: Seçkilər necə keçəcək?

Sabah özündə 132 ölkənin 221 avtoidman təşkilatını birləşdirən FİA-nın Baş Assambleyası federasiyaya yeni prezident seçəcək, bununla da beynəlxalq avtoidmanın inkişaf […]

Sabah özündə 132 ölkənin 221 avtoidman təşkilatını birləşdirən FİA-nın Baş Assambleyası federasiyaya yeni prezident seçəcək, bununla da beynəlxalq avtoidmanın inkişaf istiqaməti müəyyən ediləcək.

FİA katibliyi seçkilərə bir gün qalmış FİA-nın tamhüquqlu üzvü olan və üzvlük haqlarını ödəyən klubların sayını müəyyən etməlidir. Ən çox ölkə Avropanı təmsil edir – Vatikan da daxil olmaqla 45 ölkə, Asiya 37 və Afrika 26 ölkə ilə təmsil olunub.

Ölkələrin çoxu iki səs hüququ alacaq – milli federasiya və avtoklub üçün, bəzi ölkələr isə yalnız bir səs. Əgər federasiyanın və ya avtoklubun nümayəndəsi səsvermədə iştirak edə bilməyəcəksə, onda öz səsini başqa federasiyanın nümayəndəsinə verə bilər, hər bir federasiya bir səsdən çox qəbul edə bilməz.

Prezident vəzifəsinə hər bir namizəd öz kabinetinin 22 nəfər üzvünü təqdim edib, hər bir namizəd yalnız bir siyahıya düşə bilər.

Səsvermə gizli keçirilir, FİA-nın hüquq komissiyası və Fransanın ədliyyə nazirliyinin müstəqil nümayəndəsi buna nəzarət edirlər. Səsvermənin qalibi sadə səs üstünlüyü ilə müəyyən edilir, nəticələr elan olunduqdan sonra seçki bülletenləri 12 ay arxivdə saxlanılır.

Səsvermənin nəticələri sabah günü ikinci yarısında elan olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*