Almaniya mətbuatı Mercedes-in Formula1-də gələcəyini müzakirə edir

Qarşıdakı həftənin ən əsas hadisəsi FİA-nın Beynəlxalq Tribunalının iclası olacaq – iclasda Pirelli şirkəti ilə Mercedes AMG komandasının şəxsi testləri […]

Qarşıdakı həftənin ən əsas hadisəsi FİA-nın Beynəlxalq Tribunalının iclası olacaq – iclasda Pirelli şirkəti ilə Mercedes AMG komandasının şəxsi testləri müzakirə olunacaq. Almaniya mətbuatı komandaya tətbiq oluna biləcək idman və iqtisadi sanksiyaları aktiv müzakirə edir, komandanın nümayəndələri isə əllərində olan arqumentlərə tam əmindirlər.

Bu müzakirələr fonunda mətbuatda Mercedes şirkətinin Formula1-i tərk etməsini dəstəkləyənlərin şərhləri yer alıblar. Şirkətin çempionatda iştirakını çoxdan tənqid edən Union İnvestment fondunun başçısı, Daimler-in səhmdarı Mixael Muders bu həftə dinc dayanmayıb və hər gün bir qəzetdə çıxış edib…

Mixael Muders: “Bizim Formula1-də iştirakımızın heç bir mənası yoxdur, çünki bu iştirak minik maşınlarının satışına təsir etmir. Şirkət çempionatı tərk etməlidir, axı hazırda bu layihəyə yüz milyonlarla xərc çəkirik, pullarımız havaya xərclənir.”

Welt Am Sonntag qəzetinin bildirdiyinə görə, Beynəlxalq Tribunalın Parisdəki iclasında komandanı yalnız Ross Braun təmsil edəcək…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*