Mercedes AMG-nin FİA-dan deyil, Ç.Uaytinqdən şifahi razılığı var imiş…

Yarım saat əvvəl Parisdə FİA-nın Beynəlxalq Tribunalı Pirelli şirkətinin Mercedes AMG komandası ilə birlikdə gizli testlərini müzakirə edəcək toplantısı işinə […]

Yarım saat əvvəl Parisdə FİA-nın Beynəlxalq Tribunalı Pirelli şirkətinin Mercedes AMG komandası ilə birlikdə gizli testlərini müzakirə edəcək toplantısı işinə başlayıb. Komandanın başçısı Ross Braun bildirib ki, testlərə icazəni telefon danışığında şifahi olaraq FİA-nın yarış direktoru Çarli Uaytinqdən alıblar.

Telefon danışığında Uaytinq FİA-nın hüquq komitəsinin nümayəndəsi Sebastyan Bernara əsaslanıb, amma bir şərtlə ki, əgər bu testlərdə digər komandalar da bərabər iştirak hüququ əldə edəcəklər.

FİA-nın vəkili Mark Horvard tribunalın iclasında bildirib ki, bu vəziyyətdə Uaytinqin icazəsi yetərli deyil – yalnız FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası bu səviyyədə qərar qəbul edə bilər.

Vəkil bildirib ki, komandanın Uaytinqə müraciəti sadəcə nəzəri xarakter daşıyıb – yəni bu testlərdə 2013-cü ilin maşınından istifadə etmək olarmı? Uaytinqin cavabını konkret vaxt və konkret tras üçün rəsmi cavab kimi qəbul etmək olmaz…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*