Red Bull şirkəti Qaslidən razı qalıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko və Toro Rosso komandasının rəhbəri Frants Tost debütant sürücüsü Pyer Qaslinin performansından razı qalıblar.

F-1.az xatırladır ki, Formula1 karyerasında ilk yarışına çıxan fransalı sürücü gözəl performansla 14-cü yeri tutub.

Helmut Marko: “Onu paddokda gördüm. Gülümsəyirdi. Bu müsbət hal ola bilər”.

Frants Tost: “Pyer yarışda güclü idi. Komanda ilə ilk həftəsonu idi və güclü performans göstərdi. Suzukada onunla yenidən görüşmək üçün səbirsizlənirəm. Çünki o trası Super Formula-ya görə yaxşı tanıyır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*