Vassyör: Barselona mərhələsi daha aydın məlumat verəcək

Barselonada həftəsonu başlamazdan əvvəl Ferrari komandasının rəhbəri Frederik Vassyör uğura köklənməsindən danışıb.

F-1.az xatırladır ki, komanda İmolaya yeniliklər hazırlasa da, onları Maonakoda tətbiq etsə də, layiqincə qiymətləndirməni yalnız Barselonada edə biləcək…

Frederik Vassyör: “Monakodakı yarışdan bir neçə gün sonra biz mübarizəyə qayıdırıq və Karlos Saynsın Barselonadakı ev trasında mərhələ keçiririk. Ardıcıl ikinci yarışda sürücülərimizdən biri öz azarkeşlərinin dəstəyinə arxalana bilər ki, bu da bütün komandanın təqvimin ən məşhur traslarından birində yaxşı nəticələr əldə etməsi üçün əlavə stimul olacaq.

Monakoda biz maşının real potensialını göstərə bilmədik, lakin Barselona raundu daha aydın məlumat verəcək, həm də ona görə ki, bu mövsüm hər yarışda etdiyimiz kimi bəzi əlavə yeniləmələr də gətirəcəyik. Biz avtomobilin daha yüksək effektivliyinə nail olacağımızı və komanda üçün yaxşı nəticə qazanacağımızı gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*