F.Vassyör: “Alfa Romeo bizi cəlbedici etdi”

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Alfa Romeo ilə tərəfdaşlıq sponsorlar və işçilər üçün cəlbedicidir.

F-1.az xatırladır ki, Alfa Romeo brendi uzun müddətdən sonra 2018-ci ildə Formula1-ə qayıdır.

Frederik Vassyör: “Tərəfdaşlığı yaxşılaşdırmalıyıq. Bizim üçün vacib addımdır və önəmli markadır. Artıq sponsorlar üçün daha cəlbediciyik. Keçmişdə işimiz bir az çətin idi. Amma indi bizə olan maraq daha çoxdur. Layihə komandaya motivasiya verir. Bu, böyük addımdır. Getdikcə hamı üçün daha da cəlbedici olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*