F.Vassyör: Lorana inanıram

Ferrari-nin rəhbəri komandanın idman direktoru Loran Mekisin komandadan getmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

F-1.az xəbər verir ki, Frederik şayiələrin əksinə, ona inandığını bildirib.

Frederik Vassyör: “Narazı insanlarla işləmək spesifikdir. Düşünürəm ki, gözlədiyiniz nəticəni almadığınız zaman narazı olmaq tamamilə normaldır. Amma əsas olan qrupda, komandada işləmək, bundan maksimum fayda və irəliləyiş əldə etməyə çalışmaqdır.

Amma şirkətdən ayrılmaq tamam başqa hekayədir. Loren haqqında danışsaq, mən onu 25 ildir tanıyıram, ona güvənirəm. Çox yaxşı tərəfdaşlığımız var və o, komandanın ümid etdiyi gələcəyimizin sütunlarından biri olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*