US F1 işini dayandırıb

Britaniyanın Autosport saytı məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Amerikanın US F1 komandası faktiki olaraq bağlanıb. Bu barədə hələ heç […]

Britaniyanın Autosport saytı məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Amerikanın US F1 komandası faktiki olaraq bağlanıb. Bu barədə hələ heç bir rəısmi bəyanat verilməyib, amma bu gün komandanın əməkdaşlarını istehsal şöbəsinin rəisi Deyv Skoq toplayaraq bildirib ki, personal haqqı ödənilməyən məzuniyyətə göndərilir, amma faktiki olaraq müqvilələr hələ qüvvədədir.

Nə Ken Anderson, nə Piter Uindzor bu yığıncaqda iştirak etməyiblər və hələlik vəziyyətə şərh verməyiblər, komandanın çempionatda iştirak etmək hüququnun da aqibəti bəlli deyil, amma vəziyyət yaxın günlərdə həll olunmalıdır.

Əgər federasiyanın texniki nümayəndəsi Çarli Uaytinqin keçən həftə komandanın bazasında apardığı təftiş mənfi nəticə verərsə, faktiki olaraq komanda starta buraxılmaycaq, US F1 bankrot elan olunacaq və lisenziyadan mərhum ediləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*