K.Klin: “Azarkeşlər razı qalacaqlar!”

BMW Sauber komandasının test pilotu Kristian Klin qış testlərində səkkiz gün çalışıb – altı gün keçən il maşının keçid versiyası […]

BMW Sauber komandasının test pilotu Kristian Klin qış testlərində səkkiz gün çalışıb – altı gün keçən il maşının keçid versiyası ilə və iki gün bu il maşının yeni versiyası ilə. Mövsümün gedişində isə testlərə qadağa qoyulub və ola bilər ki, avstriyalı sürücü F1.09-un sükanı arxasında trasa qayıda bilmədi, amma o Melburna və digər yarışlara komandanın ehtiyat pilotu kimi yollanacaq. Kristian hesab edir ki, azarkeşləri bu il maraqlı çempionat gözləyir…

Kristian Klin: “Bilmirəm, Melburnda qüvvələr nisbəti necə olacaq, amma testlərdə komandalar arasındakı fərq keçən il olduğundan azdır. Dörd və ya beş komandanın sürücüləri mütəmadi olaraq podium uğrunda mübarizə aparacaqlar – azarkeşlər razı qalacaqlar!

Mövsümün gedişində testlərə qadağa qoyulub, amma mən komanda ilə traslarda 100 gün keçirəcəm, texniki brifinqlərdə iştirak edəcəm, strategiyanın müzakirəsində fikir söyləyəcəm, mətbuatla ünsiyyətdə olacam. Bundan əlavə, mən formamı da saxlamalıyam – ona görə də məşqlərə çox vaxt ayırıram, Qran Prilər arasındakı fasilələrdə isə “Sebrinqin 12 saatı” və “Lə Manın 24 saatı” yarışlarına qatılacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*