M.Ferstappen: “Həmiltondan qorxmuram”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, 2018-ci ildə Həmiltonla çempionluq uğrunda mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, Maks Ferstappen son 4 yarışda mümkün olan 100 xaldan 80 xal toplayıb.

Maks Ferstappen: “Lyuis mükəmməl sürücüdür və çempionluğa layiqdir. Peletondakı ən stabil sürücüdür. Onunla mübarizə aparmaq mükəmməl olar. Ondan qorxmuram. Qorxsaydım, burada olmazdım. Hansımızın daha güclü olduğunu demək çətindir. Nəticədə fərqli komandalardayıq və o daha təcrübəlidir. Amma çempion olmaq üçün gözəl şanslar əlimə keçəcək. Hazırda özümü təkmilləşdirməyə fokuslanmışam”.

, ,