Repsol X.Algersuarinin sponsoru olacaq?

İqtisadi böhran Red Bull şirkətinin başçısı Diter Mateşiçi məcbur edib ki, Formula1-də iki komandanın maliyyələşdirilməsinə ciddi düzəlişlər etsin. İllik büdcəsi […]

İqtisadi böhran Red Bull şirkətinin başçısı Diter Mateşiçi məcbur edib ki, Formula1-də iki komandanın maliyyələşdirilməsinə ciddi düzəlişlər etsin. İllik büdcəsi yeddi milyon Avro olan Red Bulletin F1 jurnalının nəşri dayandırılıb. Bütün vəsaitlər əsas layihəyə, Red Bull Racing maşınlarının təkmilləşdirilməsinə yönəldilib, indi ana komanda titul uğrunda mübarizədə iştirak edir, törəmə Scuderia Toro Rosso komandası isə sonuncu yerlər uğrunda mübarizə aparır – çempionatda ikiqat diffuzordan istifadə etməyən yeganə komanda Macarıstanda nəhayət ki, maşının yeni versiyasını alacaq.

Toro Rosso-ya xərclənmiş hər bir Avro Red Bull Racing komandasının büdcəsindən ayrılır, artıq komandanın gələn ilin çempionatında iştirakı sual altındadır, gələn il komanda öz maşınını qurmalıdır. Bu il Red Bull Racing komandasının titullar uğrunda mübarizədə iştirak etdiyi bir vəziyyətdə gələn il ikinci komandanın maliyyələşdirilməsi mümkündürmü? Toro Rosso əlavə maliyyə mənbələri axtarmalıdır. Komanda Sebastyen Burdeni azad edib, qeyri-rəsmi məlumata görə, Algersuarinin karyerasına sponsorluq edən Repsol neft şirkəti Xaymenin iki yarışı üçün bir milyon Avro ödəyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*