24 Oktyabr 2019, Cümə axşamı - 08:41

Türkiyə Qran Prisi təqvimə qayıdır?

Türkiyə Qran Prisi təqvimə qayıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:06 - 01 Dekabr, 2012

Şayiələr gəzir ki, İstanbul Park trası təqvimə qayıda bilər – qərar artıq gələn həftə, İstanbulda FİA-nın iclasında qəbul oluna bilər. […]

Şayiələr gəzir ki, İstanbul Park trası təqvimə qayıda bilər – qərar artıq gələn həftə, İstanbulda FİA-nın iclasında qəbul oluna bilər.

Bu yaxınlarda yerli İstanbul MC Racing şirkəti avtodromun 2020-ci ilə qədər idarə olunması üzrə tenderdə qalib gəlmişdi, amma zəruri təminat təqdim edə bilməmişdi. Ona görə də tenderin qalibi İntercity Auto Rental Company şirkəti elan olunub – şirkətin başçısı Vural Ak Türkiyə Qran Prisinin Formula1-ə qayıtması planları barədə bildirib…

Vural Ak: “Mən Berni Ekklstounu uzun müddətdir ki, şəxsən tanıyıram, biz onu layihəmizi təqdim etdik və o çox razı qaldı. Berni üzvlük haqqını aşağı salmaq barədə düşünür, hazırda bu məbləğ 26 milyon dollardır. Hökumət təxminən 14 milyon ayırmağa hazırdır, mən isə şəxsi vəsaitlərimdən 5 milyon ödəməyə hazıram. Əsas problem bundadır ki, Bernini tribunalarda tamaşaçıların az olması narahat edirdi. Biz 50 min tamaşaçıya təminat veririk və Türkiyə Qran Prisinin keçirilməsi üçün yeddiillik müqavilə bağlamaq istəyirik.”

Məlum olub ki, Berni də bu mərhələnin təqvimə qayıtmasının əleyhinə deyil: “Biz bu məsələni səlahiyyətli şəxslərlə müzakirə etməyə şad olarıq. Biz Türkiyəyə qayıtmağı çox istəyirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər
Paylaş

logo