FİA-nın Ümumdünya Şurasının qərarları: Reqlamentdə dəyişikliklər

FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının bu gün Monakoda keçirilmiş iclasında Formula1-in idman və texniki reqlamentlərinə çoxsaylı düzəlişlər edilib. Sizin diqqətinizə […]

FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının bu gün Monakoda keçirilmiş iclasında Formula1-in idman və texniki reqlamentlərinə çoxsaylı düzəlişlər edilib. Sizin diqqətinizə yeniliklərin siyahısını çatdırırıq:

– Komanda taktikasının qadağası bəndi ləğv edilib (39.1) – komandalara əlavə məlumat veriləcək ki, idmanın imicinə xələl gətirəcək istənilən hərəkətlərə görə onlar Beynəlxalq idman kodeksinin 151c maddəsinə uyğun cavab verəcəklər.

– Hakimlərin təyin etdikləri cərimələr siyahısına düzəlişlər etməyə icazə verilib.

– Sürücülərin trasda davranışları norması yenilənib.

– Pit-leynin maşınların keçməsi üçün nəzrdə tutulan hissəsi məhdudlaşdırılıb.

– Yarışın gedişində yarışın direktorunun təhlükəsizlik baxımından pit-leyni bağlamaq hüqunun olması barədə yeni maddə əlavə olunub.

– 2011-ci ildə komandalar keçid təkərlərdən istifadə edəcəklər.

– Yarışın gedişində hər iki quru təkər tərkibindən istifadə etməyən sürücülər üçün cəza tədbirləri yenilənib.

– Ötürmələr qutusu dörd deyil, beş yarışda ardıcıl istifadə olunacaq.

– Təhlükəsizlik maşınını keçmək qaydaları dəqiqləşdirilib.

– Arxa hərəkətli antiqanadın təfərrüatları dəqiqləşdirilib.

– Maşının altlığının və bəzi elementlərin bərkliyinin daha sərt yoxlama metodları təsdiq olunub.

– Sürücnün ayağını qorumaq üçün xüsusi panellərdən istifadəyə icazə verilib.

2012-ci ildən aşağıdakı qaydalar əlavə olunacaq:

– Komandaların uik-end zamanı danışıqları hamı üçün aşkar olacaq.

– Bio kütlədən hazırlanmış komponentlərin yanacağa əlavə olunması.

– Asılqanların dirəkləri məhdudlaşdırılacaq.

Hələlik dərc olunmuş siyahıda təfərrüatlar yoxdur, yaxın zamanda federasiya tam versiyanı dərc edəcək. Ümumdünya Şurasının növbəti iclası isə Parisdə martın 8-də baş tutacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*