Soçi iki yarış qəbul etməyə hazırdır

Bugünlərdə alman mətbuatında Rusiyada 2 qran prinin keçirilməsinin mümkünlüyü barədə yazılıb. Soçi Avtodromu bir çox cəhətdən yarışı qəbul etmək üçün idealdır.

F-1.az bildirir ki, Olimpiya parkının ərazisində yerləşən avtodromu təcrid etmək çox asandır və iştirakçıların qalacağı otellər də çox yaxın məsafədədir. Bunlar da yarış dövründə koronavirusdan qorunmağı nisbətən asanlaşdırır.

Soçi Avtodromunun mətbuat xidməti məsələyə münasibət bildirib: “İndi biz Formula1-dəki həmkarlarımızla Rusiya Qran Prisinin keçirilməsi üçün müxtəlif variantlar üzərində işləyirik. Kurort şəhəri əla infrastruktura malikdir və Rosgonki şirkətinin kifayət qədər təcrübəli komandası var. Ehtiyac yaranarsa, iki yarış keçirməyə hazırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*