18 Oktyabr 2019, Cümə - 06:51

T.Qlok: “Toyota-nın böyük potensialı var”

T.Qlok: “Toyota-nın böyük potensialı var”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:34 - 22 Yanvar, 2009

Sual: 2009-cu ildə sizin şəxsi məqsədləriniz necədir? Timo Qlok: Keçən ilin uğurlu nəticələrinə əsaslanaraq, mən bu il mütəmadi olaraq, imkan […]

Sual: 2009-cu ildə sizin şəxsi məqsədləriniz necədir?
Timo Qlok:
Keçən ilin uğurlu nəticələrinə əsaslanaraq, mən bu il mütəmadi olaraq, imkan daxilində hər bir yarışda xal qazanım və daha tez-tez podiuma qalxım. Toyota üçün Formula1-də ilk qələbəni qazanmaq isə lap əla olardı. Keçən il çempionatda mənim ilk tam mövsümüm idi, mən podiumun ikinci pilləsinə qalxa bildim, bu dəfə isə qələbə şampanının dadına baxmaq istəyirəm!

Şəxsi inkişafa gəldikdə isə, mən keçən mövsümdən razı qaldım. Mən mühəndislərlə və bütün komanda ilə işgüzar münasibətlər qurmuşam, çox şey öyrənmişəm və topladığım təcrübə TF109-la işimdə mənə kömək olacaq.

Sual: Siz əminsiniz ki, Panasonic Toyota Racing-in potensialı sizin məqsədlərinizə çatmanıza imkan verəcək?
Timo Qlok:
Toyota-nın məqsədi qələbədir, mən də qələbə arzulayıram və şəkk etmirəm ki, komandanın potensialı bunu realizə etməyə imkan verəcək. 2009-cu ildə biz Toyota-nın ilk qələbəsi uğrunda mübarizə aparacayıq və mən əminəm ki, bizim şansımız var. Komanda ilə müqavilə bağlayarkən mən komandanın işini, resursunu və əməkdaşlarının motivasiyasını görmüşdüm.

Sual: Toyota-ya keçdikdən sonra bir sürücü kimi nəyə nail olmusunuz?
Timo Qlok:
Keçən il mən çox şey öyrəndim, xüsusən də maşının mənim sürmə tərzimə adaptasiyası zamanı, əksinə, mən özüm maşına öyrəşməyə başladım. Mən həmişə öz gücümə və sürətimə əmin idim, amma başa düşürdüm ki, bunlar Formula1-də uğur qazanmaq üçün kifayət deyil. Texnikadan başın çıxmalıdır, xırda bir detalın maşının sazlanmasına təsirini qiymətləndirməyi bacarmalısan.

Mən öz sürətimi göstərdim, 25 xal topladım və ilk onluğa düşə bildim və qələbələr qazanmış bir çox sürücüləri qabaqladım. İndi mən maşını istədiyim kimi sazlaya bilirəm, keçənilki təcrübə çox faydalı oldu, xüsusən də yeni TF109-u təkmilləşdirərkən bu təcrübə mənə lazım olacaq.

Sual: Yeni reqlament barədə nə düşünürsünüz?
Timo Qlok:
Başa düşmək istəyirəm ki, yəni bu dəyişikliklər doğrudanmı ötmələri artıracaq? Kağız üzərində hər şey inandırıcı görünür, amma siz real yarışın effektini qiyməyləndirə bilməzsiniz. Mən düşünürəm ki, Formula1 düzgün istiqamətdə irəliləyir, mən yeni maşınların trasda davranışını öyrənməyə tələsirəm. Mən ChampCar və GP2-də sliklərlə işləmişəm, ümid edirəm ki, adaptasiyaya vaxt lazım olmayacaq.

Sual: Reqlamentdəki dəyişikliklər Toyota üçün şansdır?
Timo Qlok:
Bu istənilən komanda üçün şansdır, hamı mövsümü ağ vərəqdən başlayacaq. Mən bilirəm ki, Toyota-nın böyük potensialı var, ona görə də əminəm ki, reqlamentdəki dəyişikliklərin bizə xeyri olacaq. Belə ciddi dəyişikliklərdən sonra güclü komandaların üstünlüyü azalır. Bizim keçənilki maşınımız rəqabətədavamlı idi, ona görə də başlanğıc üçün biz əmin olmalıyıq ki, əvvəlki üstünlüyümüzü saxlamışıq, amma əsas vəzifəmiz – liderlərdən geriqalmanı azaltmaqdır. Biz arxaya baxmırıq və mövsümün sonunda ilk üçlüyə düşmək istəyirikş Bu vəzifənin öhdəsindən gəlmək üçün Toyota-nın hər bir şeyi var.

Sual: Bu il siz ön antiqanad üzərindəki elementi hərəkət etdirə biləcəksiniz…
Timo Qlok:
İnanmıram ki, sükan üzərində daha bir düyməyə yer tapılsın! Biz onsuz da maşında şox şeyi tənzimləyirik, indi daha biri əlavə olacaq. Şübhə etmirəm ki, biz bunun da öhdəsindən gələcəyik. uzun məsafədə ön antiqanadın hücum bucağını dəyişmə maraqlı olacaq. Buna öyrəşməyə vaxt lazımdır, amma nəzəri cəhətdən bu ötmədə kömək etməlidir.

Sual: Siz özünüzü komandanın tam üzvü hesab edirsinizmi?
Timo Qlok:
Mən komandaya gəldiyim ilk gündən özümü evdəki kimi hiss edirəm. Mənim yarış mühəndisim Françesko Nensi ilə münasibətlərim yaxşıdır, ümumiyyətlə, hamı ilə yaxşıdır. Toyota-da işləmək çox maraqlıdır. Biz vahid komandayıq.

Sual: yarno Trulli yenə də sizin komanda yoldaşınız olacaq…
Timo Qlok:
Bizim münasibətlərimiz əladır və mən şadam ki, yenə də komanda yoldaşı olacayıq. Yarno əla oğlandır və istedadlı sürücüdür, biz trasdan kənarda əla vaxt keçiririk və bir-birimizi yaxşı motivasiya edirik. Həmişə təcrübəli birisi ilə işləmək maraqlıdır, mən ondan çox şey öyrənmişəm, mən onun işləməsinə baxıram. Keçən il biz mövsümün gedişində TF108-in təkmilləşməsində birgə çalışmışdıq və yaxşı nəticələr əldə etdik. Əminəm ki, 2009-cu ildə də belə məhsuldar işləyəcəyik.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər
Paylaş

logo