Tost: 2025-ci ildə Tsunoda Red Bull-a keçməyə hazır olacaq

AlphaTauri-nin başçısı Frants Tost sürücüsü Yuki Tsunodanın 2025-ci ilə qədər Red Bull-da Serxio Peresi əvəz etməyə hazır olacağına inanır.

F-1.az xatırladır ki, yaponiyalı sürücü F1-də 3-cü mövsümünü keçirir, meksikalı sürücünün komandası ilə müqaviləsi isə gələn ilin sonunda başa çatır.

Frants Tost: “Yukinin iki çox güclü yarışı olub və mən onun üçün çox xoşbəxtəm. Onun günahı deyil ki, bizim maşın hələ rəqabətədavamlı deyil.

Bildiyimə görə, Serxio Peresin növbəti mövsüm üçün müqaviləsi var. Deyə bilərəm ki, Yuki düzgün yoldadır – o, hər cəhətdən təkmilləşib.

İnanıram ki, 2024-cü ildə o, AlphaTauri-də oynamağa davam etməlidir. 2025-ci ilə gəlincə, onun Red Bull-a getməyə hazır olacağını düşünürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*