Şarl Lekler: “Təbii ki, həddən artıq irəli getdiyimi bilirəm və bunu Lyuislə söhbətdə də etiraf etdim. Məncə, trasda necə hərəkət edə biləcəyimiz və mövqe uğrunda mübarizə gedərkən nələri etməməli olduğumuz tam aydındır. Amma söhbətimizin təfərrüatına varmaq istəmirəm.
Yalnız onu deyə bilərəm ki, bütün bunlar yaxşı münasibətlərimizə heç cür təsir etməyib və komandanın irəliyə doğru hərəkətinə mane olmayacaq. Mənim üçün ən vacibi də budur.
Əlbəttə, biz Ferrari üçün çıxış etdiyimizə görə, əgər belə insidentlərə yol vermək istəmədiyin bir yarış varsa, bu, Monzadakı mərhələdir. Və bu cür hadisələr bizim ev Qran Primizdə baş verəndə, çox sərt reaksiya doğurur.
Halbuki yarışa kənardan baxanda, orada başqa komandaların sürücüləri arasında da qarşıdurmalar var idi, amma hamı yalnız məni və Lyuisi müzakirə edir – məncə, bu, düzgün deyil. Ancaq bu o demək deyil ki, biz hər şeyi ideal etdik, 2-ci döngədəki hərəkətlərimi xatırlamaq kifayətdir. Amma finişdən sonra hər şeyin necə göründüyünü görəndə, dərhal Lyuislə danışdım.
Hazırda sözlərimi ehtiyatla seçməli oluram, amma o vaxt baş verənlərin diqqətəlayiq olmadığını demirəm. Bir daha təkrar edirəm: Lyuis trasdan kənara çıxmalı olduğu üçün, mən belə hərəkətlərə yol verməməli idim. Amma həmin epizod ətrafında yaranan səs-küy digər komandalardakı komanda yoldaşları arasında yaşanan insidentlərə verilən reaksiyalarla müqayisədə qeyri-mütənasib dərəcədə çoxdur”.
Leklerdən İtaliya Qran Prisinin ikinci dövrəsində baş vermiş qəzasının nəticələri barədə soruşanda o belə cavab verib: “Bu, həqiqətən ciddi qəza idi – yəqin ki, kənardan izləyənlərdə də belə təəssürat yaradıb, amma mən özüm də bunu hiss etdim. Demək istəyirəm ki, bəzən insident yalnız kənardan kifayət qədər təhlükəli görünür, halbuki kokpitin içində hər şey az-çox normal olur. Amma bu dəfə maşından çıxanda özümü yaxşı hiss etmirdim.
Amma bu, sadəcə zərbənin gücünə görə idi. Demək istəyirəm ki, çoxsaylı müayinələrdən keçdim və ilk bir neçə gündə xeyli tibbi prosedur oldu, əsasən də boyun əzələlərindəki yüngül fəsadlarla bağlı – amma məncə, bu, adi haldır. İndi hər şey qaydasındadır”.





