Devid Kulthard: “Mənim Corca, həqiqətən, yazığım gəldi. Finişdən sonrakı müsahibədə onu ötdükləri yarışın ardından buna hansısa fəlsəfi don geyindirməyə çalışması kədərli görünürdü. Ön sıralardan başlamaq və yarışa xeyli geridən start verən komanda yoldaşına uduzmaq çox ağırdır.
İndi Kiminin Formula1-də yeddi qələbəsi var, o, çempionluq tituluna daha bir addım da yaxınlaşıb və Corcun buna, doğrudan da, cavab verə biləcəyinə dair heç bir əlamət yoxdur. Biz bilirik ki, Corc Qran Prinin qalibidir, bilirik ki, o, sürətlidir, amma onun Kimiyə verəcək cavabı sadəcə yoxdur”.





