Corc Rassell: “Düşünürəm ki, Zandfortda keçən həftəsonuna müxtəlif cür baxmaq olar. Ola bilsin, cümə günü McLaren maşının bütün potensialını göstərə bilmədi, şənbə günü isə artıq onu reallaşdırdı. Yaxud da əksinə, sprintdə biz özümüz maşınımızın real imkanlarının verdiyindən daha yaxşı çıxış etdik.
Hazırda Lando Norris və McLaren-in nə qədər güclü olduğuna baxsaq, düşünürəm ki, onları əsas favorit adlandırmaq tam ədalətlidir. Hazırda məhz McLaren məğlub edilməli komandadır.
Başa düşürük ki, yeniliklər baxımından hələlik rəqiblərimizin əksəriyyətindən geri qalırıq, amma ümid edirik ki, bir neçə yarışdan sonra önə keçəcəyik.
Ümumilikdə, Zandfortdan sonra həftəsonu ilə bağlı təəssüratlarımız çox müsbət qaldı. Yarışda ikinci və üçüncü yerlər, sprintdə isə qələbə yəqin ki, maşınımızın real sürətinin imkan verdiyindən də artıq nəticə idi.
Bu həftəsonu, böyük ehtimalla, son iki yarışla müqayisədə şansımız daha çox olacaq. Çünki həmin yarışlarda nəticə daha çox güc qurğusundan yox, şassidən asılı idi.
Amma unutmaq olmaz ki, Red Bull-un də çox qüvvətli güc qurğusu var. Bilirik ki, Monza onlara digər komandalardan daha çox uyğun olmalıdır. Ferrari yeniliklər gətirib, ona görə də düşünürəm ki, bu həftəsonu bizi dörd komanda arasında mübarizə gözləyə bilər.
Hazırda hər şey o qədər sıxdır ki, sıralanma turunda cəmi bir onluq saniyə belə bir neçə mövqenin taleyini həll edə bilər və bu da podium uğrunda mübarizənin nəticəsinə təsir göstərə bilər”.





