Corc Rassell: “Qeyri-adi gün oldu. Düşünürəm ki, pelotondakı mövqelərindən asılı olmayaraq hamı eyni şeyi deyəcək.
Hunqarorinq əla trekdir, amma örtüyün son yenilənməsi hər şeyi xeyli çətinləşdirdi. Bəzi yerlərdə maşının stabilliyini pozan çökmələr yaranıb. Nəticədə təkərlərin aşınması da gözləniləndən daha çox oldu.
Sürətli dövrlərdə sürət çatışmırdı, amma yarış simulyasiyasında biz yaxşı temp göstərdik.
Ferrari maşınları bu həftəsonu çox sürətlidirlər, onları qabaqlamaq asan olmayacaq. Biz elə olacağını gözləyirdik və proqnozlarımız özünü doğrultdu. Onlar digərlərindən xeyli irəlidədirlər və bizə aradakı fərqi azaltmaq üçün ciddi işləmək lazım olacaq”.




