Toro Rosso gələn ilə hazırlaşır

Türkiyə Qran Prisinin yekunlarına görə Toro Rosso sürücüləri son beşlikdə qərar tutublar. Ürəkaçan nəticələr deyil, amma bunun izahı var: komandanın […]

Türkiyə Qran Prisinin yekunlarına görə Toro Rosso sürücüləri son beşlikdə qərar tutublar. Ürəkaçan nəticələr deyil, amma bunun izahı var: komandanın texniki direktoru Corcio Askanelli artıq gələn ilə hazırlaşır. Almaniyanın Auto Motor und Sport qəzetinin yazdığına görə, Toro Rosso mühəndisləri və sürücülər uik-endin gedişində yaranmış problemləri həll edə bimirlər, çünki Askanelli komandanı yarışlarda çüşaiyət etmir. Texniki direktor Fayensada zavodda işləyir…

Frans Tost: “Corcio komandanı yenidən qurur, axı biz gələn ildən öz maşınımızı hazırlamalıyıq. Bu çətin proseddir. Komandanın ştatına 30 yeni mütəxəssis cəlb olunub, konstruktor bürosu təşkil olunub, zəruri avadanlıqlar alınıb. Askanelli isə bütün bu proseslərə başçılıq edir.

Komanda ikiqat diffuzoru yalnız Macarıstan Qran Prisinə alacaq, çünki maşının arxa hissəsi çox dəyişdirilməlidir, bunu tez bir zamanda etmək mümkün deyil. Bu gün biz Red Bull-a 2-3 saniyə uduzuruq, amma əvvəlcə ikiqat diffuzorun effektliyinə əmin olmalıyıq, ondan sonra ona ciddi vəsait xərcləmək olar.”

Bundan başqa, Auto Motor un Sport belə bir maraqlı faktı da qeyd edib: Toro Rosso faktiki olaraq Ferrari-nin test komandası rolunu oynayır. Sebastyen Buemi və Sebastyen Burdenin maşınlarında cümə günləri istifadə olunan motorlar artıq 2500 km məsafə qət ediblər – onlar Melburn uik-endində istifadə olunduqdan sonra hər bir yarışın cümə günü də sərbəst yürüşlərdə istifadə olunublar. Beləliklə, Maranellodan olan motor ustaları bu aqreqatların etibarlılıq resursları barədə məlumat toplayırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*